Deputat : “Təhsil hər bir millətin dövlətin strateji mahiyyət daşıyan ciddi sahəsidir”
Təhsil hər bir millətin dövlətin strateji mahiyyət daşıyan ciddi sahəsidir.
Azərbaycanda təhsillə bağlı son vaxtlar atılan addımlar , həyata keçirən islahatlar əlbətdə önəmlidir , bunu qiymətləndirmək lazımdır , vermiş olduğu müsbət nəticələri, dəyərləndirmək lazımdır.
Lakin bununla bərabər təhsil sistemimizdə kifayət qədər problemlər var.
Bu sözləri Milli Məclisin deputatı Fəzail Ağamalı açıqlamasında “turanın səsi ” nə demişdir.
Deputat qeyd edib ki , təhsil sistemi təbii ki, Azərbaycan respublikasının qəbul etdiyi qanunlarla tənzimlənir .
Etiraf edim ki , təhsil haqqında qanun Milli Məclisin Plenar yığınacağında da söylədiyim kimi 15 il bu və ya digər səbəbdən müzakirəyə çıxarılmadı . Çünki orada fərqli baxışlar var idi .
Fəzail Ağamalı hətta vurğuladı ki , təhsil nazirliyinin dediyini tələbə qəbulu , tələbə qəbulunun dediyini isə təhsil nazirliyi qəbul etmirdi . Və digər icra qrumları arasında kifayət qədər xarakter daşıyan məqamlarda vardır ki , təhsil qanunu müzakirəyə çıxarılmağa və qəbul edilməsinə mane olurdu .
Nəhayə bu 2008-ci ildə qəbul edildi . Lakin bu qəbulun özündə də yetərincə nöqsanlara yol verildi. Baxmayaraq ki, müzakirədə fikirlər söylənildi , millət vəkillərinin əksəriyyəti onun təkmilləşdirilməsi üçün təklifləri ortaya qoymuşdurlar.
Təəssüf bir çox hallarda bu qəbul olunmadı . Faktiki olaraq mənim qərarıma görə Azərbaycanda təhsilin inkişafına və yüksək səviyyədə münasibət dünya standartlarına uyğun qalmasına xidmət etmir əksinə mane olur .
Ona görə də təhsil haqqında olan bütün məsləhətləri xüsusi olaraq təhsil qanunu , onunla bağlı digər qanunvericilik , haqqlarının yenidən işlənməsinə çox ciddi ehtiyac var deyə deputat vurğuladı .
“Turanın səsi ” nə açıqlanmasında F .Ağamalı dedi ki, təsadüfi deyil ki mən bu açıqlanmanı irəli sürəndə Hörmətli Spiker Sahibə xanım Qafarova buna müsbət reyaksiya vermişdir.
Düşünürəm ki , bu çox mühüm bir yanaşma idi , hesab edirəm ki yaz sessiyasında belə bir dinləmələri keçirəcəyik və dinləmələrin qanun layihəsinə əlavə edilməsi vacib məsələdir .
Deputat vuğuladıki təhsildə bir yox bir neçə problemlər mövcuddur. Birinci növbədə dövlət orta məktəblərində təhsil sisteminin səviyyəsi çox aşağıdır bu birmənalıdır. Bunun da bir başlıca səbəbi repetitorlardır .
Bu repetitorluq qeyri qanunidir .
Bunun üçün repetitorun əlində setifikat yoxdur .
Qanundankənar fəaliyyətdir !
Təhsil sistemini tamamən məhv edir .
8-ci sinifdən sonra dövlət məktəblərində istisnasız olaraq bütün valideyinlər ac qalaraq vacib ehtiyaclarının qarşılanmasından imtina edir , nə imkanı varsa haqqlı olaraq övladlarının gələcəyini düşünərək , ali məktəblərə qəbul olunması üçün repetitorlardan istifadə etmək məcburiyyətində qalırlar .
Məndə olan məlumata görə 1-ci sinifə gedən şagirdlərin özüləri dərsdən sonra həmin müəllimlər tərəfindən saxlanılır . Yuxarı siniflərin şagirdləri isə hansıki , ali təhsil almaq istəyənlər həmin məktəblərin müəllimlərinin evlərinə hazırlığa gedirlər .
Müəllimənin evində , qrup halında 10-15 hətta daha çox auditoriyada olduğu kimi partada otururlar, və yaxud yerdə oturaraq dərs keçirlər.
Bu bir cinayətdir !
Qanundan kənar fəaliyyətdir .
Təhsilə vurulan böyük zəribədir.
Hətta əldə olunan vəsaitdən dövlətə vergi ödəmir, qeyri qanuni sahibkarlıqla məşğuldurlar .
Bu cinayətdir və hökmən qarşısı alınmalıdır .
Mənə Elə gəlirki bu qanunla , və yaxudda normativ hüquqi aktlarla , nazirlər kabineti səviyyəsində və ya nazir səviyyəsində də bununla bağlı müvafiq sənəd qəbul olunaraq qadağan oluna bilər .
Deputat açıqlanmasında deyib ki , dərslərin keyfiyyəti yüksək səviyyədə qaldırılmalıdır. Dərsliklərdə olan nöqsanları aradan qaldırmağa çalışan hörmətli Nazirimiz Emin Əmrullayev bu məsələyə xüsusi diqqət versin .
Dərslikləri hazırlayan sektorda ciddi dəyişiklik edilsin Daha ciddi daha yüksək pedoqoji təhsili olan xüsusən də milli adam olan alimlərdə cəlb olunmaqla bütün dərsliklərə xüsusi olaraq humanitar dərsliklərə ciddi yanaşılmalı və yenidən işlənməlidir.
Deputat şagirdlərin hədsiz əlavə dərsliklərlə yüksəlməsindən danışdı.
Həmkarım Aqil Abbas çox doğru deyib : Bu şagirdlər qozbel olacaq .
Dərsliklər elə olmalıdır ki, sinif otağında qalsın evə aparıb gətirilməsin .Yalnız vacib dərsliklər evə aparsın və ev tapşırığını etsinlər. Fiziki və Psixoloji cəhətdən şagirdlər yüklənir , dərsdən sonra repetitor yanına getmələri , hətta bir gündə iki repetitora getmələri , hazırlıqdan evə isə tamamən halsız , yorğun , düşmüş vəziyyətdə olurlar.
Bu istismara son qoyulmalıdır !
Əyər o, müəllim vicdanlı müəllimdirsə , hansıki bizim dövrümüzün müəllimləri kimi onlara bu gün də bizim böyük sevgimiz var, onlar hesabına biz bu gün cəmiyyədə müəyyən mövqe tutmuşuq . Həmin o müəllimlər kimi olsunlar. Bu gün kifayət qədər əmək haqqı var və artırılır . 700 manatddan çox maaşlar və təhsil ocaqlarımız yüksək səviyyədədir .
Dünyada test üsulu ilə bağlı vahid test üsulu var. Burada şagird 1-dəfə imtahan verir orta məktəbi bitirəndə verir , əyər imtahanlardan yüksək qiymət və uğurlu nəticə əldə edirsə artıq əlavə imtahana gərək yoxdur deyə Fəzail Ağamalı vurğuladı.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09