Deputat : “Məqsədimiz Zəngəzur dəhizinin açılışı, tarixi torpaqlarımızın bərpası və bu istiqamətdə ciddi adımların atlmasıdır”
“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, xəritələr təsdiqləyir. Ancaq əfsuslar olsun ki, Ermənistan Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan edib, dağıdıb, azərbaycanlıların tarixi irsini silmək istəyib, ancaq buna nail ola bilməyib. Çünki tarix var, sənədlər var, xəritələr var”.
Bu barədə ölkə başçısı İlham Əliyev Qərbi Azərbaycan İcması ilə görüş zamanı deyib.
O, nümayiş etdirilən, 20-ci əsrin əvvəllərinə təsadüf edən xəritəyə istinad edərək bildirib ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.
Prezident vurğulayıb ki, indi əsas vəzifəmiz dünya ictimaiyyətinin də bunu bilməsini təmin etməkdir.
“Artıq bu istiqamətdə işlər başlayıb. Ancaq əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqr” – deyə Prezident əlavə edib.
Bu fikirləri “Turanın səsi” nə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan icmasının ziyalıları ilə görüşündə çox ciddi məqamlara toxunub.
Tarixdə baş verən hadisələrin daim Türk dünyasının və Azərbaycanın əleyhinə olmasını qeyd edib. Çıxışı zamanı Qərbi Azərbaycanın bizim tarixi torpaqlarımız olmasını bir daha sənədlərlə, sübutlarla ortaya qoyub.
Onun sözlərinə görə, əsas məqam da ondan ibarətdir ki, bütün sənədlərin, eyni zamanda tarixin subutu da odur ki, həqiqətən də vaxtilə edilən səhvlərin nəticəsində böyük bir ərazimiz 20-ci əsrin əvvəllərindən məhz Ermənistanın ərazisinə verilib. Bu gün isə onlar həmin əraziləri viran qoyub, bizim tariximizə aid olan bütün abidələrimizi, müqəddəs yerlərimizi, ocaqlarımızı darmadağın edərək, çalışıblar ki, özününküləşdirsinlər. Tarix təkrarlanır.
Yenə də Azərbaycan Prezidentinin qeyd etdiyi kimi məhz yenidən biz öz torpaqlarımıza qayıtmaq iddiasındadyıq. Çünki düşmən öz iddialarından əl çəkmir, daim ərazi bütövlüyümüzü təhdid etməyə çalışır.
Deputat qeyd edib ki, prezident çıxışı zamanı bir sıra tarixi həqiqətlərə də toxunub.
“1920-ci ildə sovet hökümətinin qərarı ilə və təbii ki, düşmən millətçilərinin təkidi ilə Zəngəzur Azərbaycandan ayrıldı. Bundan sonra 1948-1953-cü ildə xalqımızın deportasiyası baş verdi.
1980-cı illərdən çalışırdılar ki, Azərbaycan lidersiz olsun. Ulu öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edərək, yenidən Qarabağ vasitəsilə öz ərazi iddialarını ortaya qoydular.
Çox sayda azərbaycanlını öz dədə-baba yurdlarından didərgin saldılar”,- deyən Arzu Nağıyev qeyd edib ki, bu gün artıq həm geosiyasi vəziyyət dəyişib, həm də Azərbaycan qalib ölkədir.
Azərbaycan dünyaya çatdırmalıdır ki, düşmən tərəf bütün köç məsələlərini, deportasiyaları faktiki olaraq öz havadarları və onların imkanları vasitəsilə həyata keçiriblər. 20-ci əsrdə Azərbaycan ictimaiyyətinə olmazın əziyyət veriblər.
1990-cı ilin əvvəllərində 20 Yanvar hadisələrinə zəmin yaratmaq üçün qanlı hadisələr törədiblər.
“İndi isə azərbaycanlılar artıq öz tarixi dədə-baba yurdlarına qayıtmaq arzularını ortaya qoyublar.
Bu səbəbdən də çox ciddi işlər görmək lazımdır. Əsas məqamlardan biri vahid informasiya fəaliyyətini davam etdirib, bu resusrslardan istifadə edərək, məqsədyönlü şəkildə həyata keçirmək, inamı itirməmək, bu istiqamətdə çox ciddi addımlar atmaqdır”,- deyə o əlavə edib.
Deputat vurğulayıb ki, Ermənistan ərazisində olan torpaqlarımızın adları dəyişilib. Bütün Azərbaycan dilində olan adları İrəvan, Göyçə mahalı, Zəngibasarda olan bütün toponimləri, xəritələri dəyişiblər.
“Lakin tarix öz sözünü deyir. Prezident də öz çıxışnda bunu bir daha qeyd etdi. Bu gün təbii ki, Qarabağda problemlərimizi demək olar ki, həll etmişik.
Müəyyən məqamları da həll etdikdən sonra əsas məqsədimiz Zəngəzur dəhizinin açılışı, tarixi torpaqlarımızın bərpası və bu istiqamətdə ciddi adımların atlmasıdır”,- deyə deputat vurğulayıb.
” Turanın səsi” Arzu Paşaqızı
⤵️
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09