Deputat : ” Artıq Laçın dəhlizi məhfumu yoxdur “
“Vardanyanın Xankəndidə insanları zorla və məcbur etməklə mitinqə gətirib. Bu hamıya bəlli olan məsələdir ki, mitinq pulla təşkil edilib. Bununla o özünü Moskvadakı ağaların göstərməyə çalışır”.
Bunu “Turanın səsi ” nə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, Vardanyan üzərinə götürdüyü missiyanı artıq yerinə yetirə bilmir.
“O, Moskvanın “ümid”lərini doğrulda bilmədi”, – deputat qeyd edib.
O əlavə edib ki, artıq Xankəndidəki separatçı quldurbaşılar arasında ciddi problemlər yaranıb.
“Vardanyanın Xankəndidə peyda olması ilə oradakı separatçıların yuxusuna haram qatılıb. Bir-birilərinə ciddi rəqib gözündə görürlər. Baxmayaraq ki, mitinqdə hamısı bir yerdə idi. Amma bu görüntü xarakteri daşıyırdı. Lakin aralarından ciddi fikir ayrılığı və parçalanma mövcuddur. Bu getdikcə də dərinləşməkdədir. Elə mitinqin Vardanyanın bir həftə bundan əvvəl keçirə bilməməsi də bunun bariz nümunəsidir. Vardanyandan yerli erməni xalqı da narazıdır.
Onlar onu gec-tez oradan çıxaracaq”, Cənab Nağıyev bildirib.
Azərbaycan tərəfinin Vardanyanın məsuliyyətə cəlb edilməsi istiqamətində addımlar atmasına gəldikdə deputat bildirib ki, bu, istisna deyil: “Azərbaycanın onun barəsində cinayət işi açmaq üçün əsaslar var və hesab edirəm ki, cinayət işi başlanacaq”.
BMT Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı hər hansı qərarın qəbul edilə biləcəyinə gəldikdə, deputat bildirib ki, bunun üçün elə bir əsas yoxdur: “Cəhdlər olsa belə, onun Azərbaycana heç bir təsiri olmayacaq. Çünki Azərbaycan heç bir beynəlxalq hüququ pozmayıb ki, ona qarşı hansısa təzyiq və ya təsir mexanizmindən istifadə edilsin. Bu, absurddur”.
Laçın yoluna Azərbaycan sərhədçilərinin nəzarətinin gücləndirilməsi və gömrük məntəqəsini quraşdırmasına gəldikdə isə deputat bildirib ki, artıq “Laçın dəhlizi” deyilən məhfum yoxdur, digər ərazilər kimi həmin yol da Azərbaycan ərazisidir: “Prinsipcə, yola nəzarət edən rus sülhməramlıları da buna qarşı deyil. O baxımdan Laçın yolunda nəzarəti gücləndirmək üçün mini gömrük məntəqəsinin yaradılması mümkündür”.
” Turanın səsi ” : Arzu Paşaqızı
⤵️
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09