ORDUN VARSA YURDUN VAR !
Bu gün Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 105 il ötür.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun – Silahlı Qüvvələr Günü elan olunub.
Bu gün keçmişi qələbələrlə zəngin olan Azərbaycan xalqı bu əlamətdar günü Zəfərlə qeyd edir. Ordumuz otuz ilə yaxın bir müddət ərzində düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etməklə xalqımıza öz qanı və canı hesabına böyük qələbə yaşadıb.
Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən xalqımızı Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm !
⤵️
” TURANIN SƏSİ ” ✍ ARZU PAŞAQIZI