Azərbaycanda Zəfər Günü qeyd olunur
Şuşanın erməni işğalından azad olunmasından iki il ötür
Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir.
Şəhər 2020-ci il noyabrın 8-də Rəşadətli Azərbaycan Ordusu tərəfindən düşmən tapdağından azad olunub.
Hazırda Şuşada həyat canlanmaqdadır və şəhər öz sakinlərinin yolunu gözləyir.
Şuşa bizimdir! Qarabağ Azərbaycandır!