Zaxarovadan tərs sual: Nə üçün Bakının rəyi soruşulmur?

Moskvanın Ermənistandakı Avropa İttifaqının missiyasına münasibəti mənfidir.

turaninsesi.az” TASS-a istinadla xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

O, Ermənistan-Azərbaycan sərhədində atışmaların davam etdiyini qeyd edib:

“Əminik ki, Cənubi Qafqaz qarşısında dayanan bütün məsələlər xaricdən müdaxilə olmadan region ölkələrinin kollektiv səyləri ilə həll oluna bilər. Belə bir sual vermək istəyirəm: Əgər Aİ missiyası sabitliyə nail olmaqda bu qədər qərarlıdırsa, nə üçün mandatının uzadılması qərarı, eləcə də o vaxt missiyanın yerləşdirilməsi qərarı Bakının razılığı olmadan verilir, nə üçün regionda vəziyyətin yaxşılaşdırılmasında xüsusi marağı olan regional oyunçunun rəyi nəzərə alınmır?”