Zaxarova: İrəvanın Zəngəzur dəhlizinə dair mövqeyi anılaşılmazdır
Ermənistanın Zəngəzur dəhlizinə reaksiyası anlaşılmazdır.
“turaninsesi.az” TASS-a istinadla xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Vesti Nedeli” proqramında yayımlanan süjetdə Zəngəzur dəhlizi terminindən istifadə edilməsinə görə, Ermənistanın Rusiyaya etiraz notası verməsinə münasibət bildirən Zaxarova qeyd edib ki, söhbət jurnalistin sözlərindən gedir.
“Rəsmi mövqeyimiz rəsmi İrəvana yaxşı məlumdur. Bu mövqeyin məğzini dəfələrlə bəyan etmişik. Ardıcıl olaraq 2020 və 2021-ci illərdə imzalanmış üçtərəfli bəyanatlar əsasında Cənubi Qafqaz regionunda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların kompleks şəkildə blokadadan çıxarılmasından danışırıq. Hər şeydən öncə söhbət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatdan gedir. Həmin bəyanatda hər şey dəqiq şəkildə qeyd olunub. Mən həmin bıyanatın bu hissəsini dəfələrlə səsləndirmişəm, bunu indi bir daha edəcəm”,- deyə Zaxarova vurğulayıb.
Rusiya XİN sözçüsü xatırladıb ki, həmin bəyanatda regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, Ermənistan Respublikasının Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verdiyi, bu marşrut üzrə nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Xidmətinin həyata keçirdiyi qeyd olunub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI