Zəfər Günü Parisdə qeyd edilib

0


Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Parisdə 8 Noyabr – Zəfər Günü münasibətilə sülhə həsr olunmuş konsert təşkil edilib.

Turanın səsi”in yerli bürosu bildirib ki, tədbirdə Fransa Parlamentinin üzvləri, ictimai-siyasi, elmi, mədəni dairələrin nümayəndələri, vəkillər, Parisdə akkreditə olmuş bir çox ölkənin diplomatları eləcə də Fransadakı Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbirdə iştirak edən Fransa Parlamentinin üzvü, deputat Andre Vilye uzun illər Minsk qrupu çərçivəsində Qarabağ münaqişəsini həll etmək öhdəliyi daşıyan Fransanın diplomatik səylərinin nəticə vermədiyini, Azərbaycan torpaqlarının uzun müddət Ermənistanın işğalı altında olduğunu xatırladıb, Azərbaycanın öz gücü ilə ərazi bütövlüyünü bərpa etdiyini xüsusi qeyd edib:

“Biz bu gün bütün səylərimizi Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün səfərbər etməliyik”.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri və müvəqqəti işlər vəkili Nigar Huseynova iki il əvvəl Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını 30 illik işğaldan azad etdiyini, bununla da beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunduğunu bildirib:

“8 noyabr təkcə milli qürur günü kimi deyil, həm də tarixi ədalətin, beynəlxalq hüququn təntənəsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası günü kimi mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan xalqı üçün böyük mənəvi dəyərə və rəmzi mənaya malik olan Şuşa şəhərinin işğaldan azad edilməsi elan edilib”.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev işğal dövründə Azərbaycanın tarixi abidələrinin, mədəni irsinin ermənilər tərəfindən məhv edilməsi, onların azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasəti, bir milyonadək azərbaycanlı qaçqın və məcburi köçkünün torpaqlarından, evlərindən məhrum olması haqqında məlumat verib, sülhə heç bir alternativin olmadığını, gələcək nəsillərə yadigar kimi davamlı sülhü bərqərar etməyin vacibliyini bildirib.

Daha sonra musiqiçilərin hazırladıqları geniş konsert proqramı qonaqlara təqdim olunub. Konsertdə tanınmış caz ustası Etibar Əsədli, Azərbaycanın estrada müğənnisi, 2008-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin iştirakçısı Elnur Hüseynov, balaban və zurna ifaçısı Ələfsər Rəhimov çıxış ediblər.

Azərbaycan musiqilərini kontrabasda Samuel Fhima, zərb alətlərində Vənsan Tortiller ifa ediblər.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir