XİN rəhbəri: Ermənistanla sülh sazişi danışıqlarında ciddi proqres var

0

Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh sazişi üzrə danışıqlar prosesində ciddi proqres var.

turaninsesi.az” xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə telefon danışığı zamanı deyib.

Nazir Ceyhun Bayramov qarşı tərəfi Azərbaycanın bölgəmizdə dayanıqlı sülhün təsis edilməsi üzrə baxışları, bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla sülh prosesi barədə ətraflı məlumatlandırıb.

XİN başçısı ümumilikdə layihənin razılaşdırılması üzrə iş aparıldığını, eyni zamanda, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı olan ərazi iddialarının prosesdə əsas maneə təşkil etdiyini diqqətə çatdırıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir