XİN Kəlbəcərdəki mina partlaması barədə: “Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır!”
“Bu gün Kəlbəcərdə Ermənistanın yerləşdirdiyi minanın partlaması nəticəsində 4 mülki işçi ağır xəsarət alıb”.
“Turanın səsi” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə bildirib.
“Bundan başqa, 1 gizir həlak olub, 3 əsgər yaralanıb. 2020-ci il müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının sayı 278-ə çatıb. Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır!”, – tvitdə bildirilib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09