Xəzər İbrahim TÜRKSOY-un Baş katibi və türk dövlətlərinin səfirləri ilə görüşüb
Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev, həmçinin türk dövlətlərinin səfirləri ilə görüşüb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə azərbaycanlı diplomat tivitirdə yazıb.
“TÜRKSOY-un Baş katibi Sultan Rayev, heyəti və qardaş Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan səfirlərini qonaq etməkdən qürur duydum! Şuşa 2023-cü il – Türk Dünyasının mədəniyyət paytaxtıdır!”, – səfir sosial şəbəkədə qeyd edib.