“Vaşinqton Bəyannaməsi regionu dəyişdirə bilər” – AŞ baş katibi

Avropa Şurasının baş katibi Alen Berse Ermənistan və Azərbaycanın imzaladığı Vaşinqton Bəyannaməsini alqışlayıb.

turaninsesi.az xəbər verir ki, o, bunu potensial dönüş nöqtəsi adlandırıb:

“Onun həyata keçirilməsi regionu barışıq, sabitlik və inkişaf yolu ilə dəyişdirə bilər. Bu sülh bizim dəyərlərimiz üzərində qurulmalıdır: demokratiya, insan haqları və qanunun aliliyi. Avropa Şurası sülh yolunda Ermənistan və Azərbaycanı dəstəkləyəcək”, – Berset vurğulayıb.

⤵️

Arzu Paşaqızı