Vardanyan həbs olunacağını bilə-bilə niyə Laçın postundan keçmək istədi? – Səbəblər
Ruben Vardanyan həbs olunacağını bilə-bilə Laçın sərhəd-keçid məntəqəsindən keçməyə çalışıb.
O, bunu bildiyi halda niyə Laçın postundan keçmək istəyib?
“Turanın səsi ” xəbər verir ki , bu barədə fikir bildirən Politoloq Asif Nərimanlı düşünür ki, burada birdən çox mümkün versiya var:
“Rəsmi Bakının “qara siyahısı”nda olan Ruben Vardanyan Laçın sərhəd-keçid məntəqəsində həbs olunacağını bilirdi. Bunu bildiyi halda Laçın postundan keçmək cəhdi maraqlıdır.
Burada birdən çox mümkün versiya var:
Birincisi, Ruben Samvel Babayanın gedişindən sonra şansını yoxlamaq istəyib;
İkincisi, Rubenə Laçın postunda həbs ediləcəyi təqdirdə, sonradan buraxılması ilə bağlı kimlərsə vəd verib: vədi verən böyük ehtimalla Rusiyadır;
Üçüncüsü, Ruben Rusiya və Avropadakı əlaqələrinə güvənir və hesab edir ki, “dostları” onu darda qoymayacaq;
Vardanyanın həbs riskinə rəğmən, Laçın postundan keçmək istəyi də diqqət çəkir. Bunun Xankəndindəki vəziyyətlə bağlı olduğu ehtimalı böyükdür. İstisna deyil ki, yaxın günlərdə separatçılar özlərini buraxacaq və ruslar Rubenə, eləcə də haqlarında cinayət işi açılmış digər separatçılara onları qoruya bilməyəcəklərini deyiblər. Rubenin qaçmaq üçün özünü riskə atması bundan qaynaqlana bilər”.