Vətən müharibəsinin azyaşlı qurbanlarının xatirəsi Mexikoda anılıb

0


Azərbaycanın Vətən müharibəsinin azyaşlı qurbanlarının xatirəsi Mexikoda anılıb.

Azərbaycanın Meksikadakı Səfirliyindən 

Turanın səsi”-nə verilən məlumata görə, diplomatik korpusun əməkdaşları bu ölkənin əlamətdar milli günlərindən sayılan, yerli adət-ənənələri özündə əks etdirən və dünyasını dəyişmiş insanları yad etmək üçün qeyd olunan Xatirə Günü (“Día de Muertos”) münasibətilə Mexiko Şəhər hökumətinin və Şəhər Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə başladılmış tədbirlərdə iştirak edib.

Bu münasibətlə diplomatik nümayəndəliyin ərazisində qədim Meksika ənənələrinə uyğun olaraq yaradılmış xatirə guşəsində 44 günlük Vətən müharibəsinin azyaşlı qurbanlarına həsr olunub.

Erməni təcavüzkarları tərəfindən respublikamızın şəhərlərinin bombalanması nəticəsində şəhid olmuş uşaqların xatirə guşəsi həm Azərbaycan, həm də Meksika mədəniyyətinə xas özəllikləri özündə ehtiva edib, bu xüsusda Xatirə Günü ilə bağlı yerli adətləri ilə yanaşı, xalqımıza məxsus milli ornamentlərdən istifadə olunub, habelə qonaqlara milli anım adətlərimizə uyğun olaraq halva paylanılıb.

Mexiko şəhər hökumətinin rəsmiləri, KİV təmsilçiləri, QHT-lər, gənclər təşkilatları və şəhər sakinlərinin iştirakı ilə baş tutmuş tədbirdə multikultural və çoxkonfessiyalı ölkə olaraq Azərbaycanın qədim Meksika adət-ənənələrinə hörmətlə yanaşdığı qeyd edilib, qonaqlara xatirə guşəsinin həsr olunduğu azyaşlı soydaşlarımız, onların erməni terroru nəticəsində yarımçıq qalan həyat hekayələri, ürəklərində qalmış arzularından bəhs edilib.

Tədbirdə iştirak edən Mexiko Şəhər hökumətinin rəsmiləri ölkəmizin Meksika adət-ənənələrinə hörmət və həssaslıqla yanaşmasını yüksək qiymətləndirərək, hər iki ölkə xalqlarının bir-birilərinin qədim adət-ənənələrini öyrənməsinin ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin möhkəmləndirilməsinə yardım edəcəyinə inandıqlarını qeyd ediblər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir