Ukrayna XİN Azərbaycana təşəkkür edib
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) humanitar yardımla bağlı Azərbaycana təşəkkür edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Ukrayna XİN-in tviter səhifəsində paylaşım olunub.
“Ukrayna şəhərlərini generator və transformatorlarla təmin etdiyinə görə Azərbaycana minnətdarıq. Bu, Ukraynanın kritik infrastrukturunun bərpası üçün həyati əhəmiyyət kəsb edir”, – paylaşımda bildirilib.
Xatırladaq ki, Azərbaycan ötən ilin dekabrında Ukraynaya generator və transformatorlardan ibarət humanitar yardım göndərib.
Qeyd edək ki, Azərbaycan Ukraynaya ümumilikdə 30 milyon manatlıq humanitar yardım göstərib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09