Üçtərəfli görüş olmayacaq – Sözçü təkzib etdi

“Paşinyan, Putin və Əliyev arasında üçtərəfli görüş mayın 9-da planlaşdırılmır”.
“turaninsesi.az” Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan deyib.
Bundan əvvəl “Joqovurd” qəzeti yazıb ki, Rusiya prezidenti mayın 9-da Moskvanın Qızıl Meydandakı paraddan əvvəl Paşinyan və İlham Əliyevlə görüşəcək:
“Almatıda Ermənistan və Azərbaycanın sənəd imzalaması ilə bağlı görüşdə razılıq əldə olunacaq”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI