Türkiyənin səhiyyə naziri Türk dünyası qurultayında: “Salam olsun Qarabağa, Şuşaya”

0


“Salam olsun Qarabağa, Şuşaya”.

Turanın səsi ” xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca Səmərqənddə keçirilən İkinci Türk dünyası tibb qurultayında deyib.

Nazir çıxışı zamanı Azərbaycana salam göndərib.

O bildirib ki, Türk Dövlətləri Təşkilatı (TDT) daxilində səhiyyə sahəsində əməkdaşlıq bundan sonra da davam edəcək: “Biz səylərimizi sərf etməyə davam edəcəyik”.

F.Koca onu da əlavə edib ki, TDT arasında qardaşlığın səmimiyyəti bu il fevralın 6-da Türkiyədə baş verən “əsrin zəlzələsi” zamanı hiss edildi.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir