Türkiyənin BMT-dəki nümayəndəsi: “Azərbaycanın antiterror tədbirləri keçirməkdən başqa yolu qalmamışdı”

0

“Ermənistanın son 3 ildəki fəaliyyətindən sonra Azərbaycanın öz təhlükəsizliyini və sabitliyini təmin etmək üçün Qarabağdakı qanunsuz silahlı qüvvələrə qarşı antiterror tədbirləri keçirməkdən başqa yolu qalmamışdı. Bu, Azərbaycanın suveren hüquqları və vətəndaşlarının təhlükəsizliyi üçün atmalı olduğu addım idi”.

Turanın səsi ” in məlumatına görə, bunu BMT Təhlükəsizlik Şurasının iclası zamanı Türkiyənin BMT-dəki nümayəndəsi Burak Akçapar deyib.

Türkiyənin Azərbaycan rəsmiləri ilə Qarabağ erməni əhalisinin nümayəndələri arasında aparılan danışıqları alqışladığını deyən diplomat danışıqların məhsuldar davam edəcəyinə ümid etdiyini qeyd edib:

“Biz Ermənistandan verdiyi vədlərə əməl edəcəyini, xüsusən də Zəngəzur dəhlizinin açılmasını gözləyirik. Ermənistan və digər əlaqədar tərəfləri fürsəti əldən verməməyə çağırırıq. Türkiyə iki ölkə arasında sülh prosesini əvvəldən dəstəkləyir və buna görə də Ermənistanla normallaşma prosesinə başlayıb”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir