Türkiyənin Azərbaycandakı yeni səfiri səlahiyyətlərinin icrasına başladı

Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün fevralın 1-dən səlahiyyətlərinin icrasına başlayıb.

turaninsesi.az” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi “X” hesabında məlumat yayıb.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 31-də Birol Akgünün etimadnaməsinin surətini qəbul edib.