Türkiyədə dağıntılar altında qalan 8 mindən çox insan xilas edilib
Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan 8 mindən çox insan xilas edilib.
“Turanın səsi ” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay deyib.
O bildirib ki, bölgələrdə yollar daim açıq saxlanılmalıdır: “Bu, xilasedicilərin işini asanlaşdırır. Əks halda isə onların hərəkətinə çətinliklər yaranır”.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 419 nəfər ölüb, 20 534 nəfər yaralanıb. 5 775 bina dağılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI