Türkiyə XİN başçısı: “Avropada İslam düşmənçiliyi dayanmır”
“Avropada İslam düşmənçiliyi dayanmır”.
“Turanın səsi ” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.
Onun sözlərinə görə, xain hücumlar İslam dinini və müqəddəs “Qurani Kərim”i gözdən sala bilməz: “Bu, ancaq həmin əməlləri törədənləri alçaldar. Əkilməsinə göz yumduğumuz nifrət toxumları bütün bəşəriyyəti zəhərləyəcək”.