Türkiyə səfirliyi: “Can Azərbaycanla əlaqələrimizi inkişaf etdirəcəyik”

0

“Şuşa Bəyannaməsinin hədəfləri və ortaq perspektivləri çərçivəsində Can Azərbaycanla əlaqələrimizi inkişaf etdirməyə davam edəcəyik”.

Turanın səsi ”  xəbər verir ki, bu, Türkiyənin Azərbaycandakı səfirliyinin tviter səhifəsindəki paylaşımda qeyd olunub.

Səfirlik Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümü münasibətilə Azərbaycanı təbrik edib: “Azərbaycanla tarixi əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin ikinci ildönümü mübarək olsun”.

Qeyd edək ki, bu gün “Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasının ikinci ildönümüdür. Şuşa Bəyannaməsi 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir