Türkiyə MN: “Qarabağ Azərbaycan torpağıdır, başqa hansısa status qəbuledilməzdir”

0

“Qarabağ Azərbaycan torpağıdır, hansısa status qəbuledilməzdir”.

Turanın səsi ”  xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, Azərbaycan antiterror tədbirlərini özü keçirib: “Azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanında olmağa davam edəcəyik. Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa, hansısa status qəbuledilməzdir. Erməni silahlı birləşmələrinin uzun müddətdir davam edən təxribatlarına cavab olaraq Qarabağda həyata keçirilən tədbirləri, atəşkəs qərarını və bölgədəki son durumu izləyirik”.

Eyni zamanda, vurğulanıb ki, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın keçirdiyi antiterror tədbirlərində heç bir şəkildə iştirak etməyib.

Qeyd olunub ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətindəki addımlarını dəstəkləyir: “İki dövlət, bir millət” prinsipi ilə çətinlikdə və sevincdə birlikdə olduğumuz azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik”.

Bildirilib ki, Türkiyə və Azərbaycan hərbi təlimləri, orduların modernizasiyası istiqamətindəki işləri davam etdirir: “Azərbaycan və Türkiyə ordularının eyni standartlara çatması istiqamətindəki işlər müəyyən səviyyəyə çatıb. Azərbaycan ordusunun əməliyyatlardakı uğurları da bunu göstərir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir