Türkiyə KİV: “Zəngəzur dəhlizi addım-addım reallaşır”

0


“Türkiyə ilə Azərbaycanı bir-biri ilə əlaqələndirəcək Zəngəzur dəhlizinə addım-addım yaxınlaşılır”.

Turanın səsi ” xəbər verir ki, bu barədə “TRT Haber”in saytında yer almış “Zəngəzur dəhlizi addım-addım reallaşır” sərlövhəli məqalədə bildirilib.

Yazıda xatırladılıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan 30 il işğal altında qalan torpaqlarını azad edib:

“Tarixi ərazilərdə yenidənqurma işləri həyata keçirildi, yeni yollar salındı. Mütəxəssislərin fikrincə, Zəngəzir dəhlizi kifayət qədər əhəmiyyətlidir”.

Məqalədə, həmçinin bildirilib ki, Vətən müharibəsi Zəngəzur dəhlizinin açılmasına şərait yaradıb:

“Zəngəzur dəhlizinin açılması sayəsində Türkiyə ilə Azərbaycan arasında yeni kommunikasiya xətləri təmin olunacaq. Həmçinin Azərbaycan vasitəsilə Türkiyə ilə Rusiya arasında quru və dəmiryolu inşa ediləcək”.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir