Türkiyə ilə Azərbaycan arasında yeni təbii qaz sazişi razılaşdırıldı

Azərbaycanla Türkiyə arasında ümumi həcmi 33 milyard kubmetr olan yeni təbii qaz təchizatı müqaviləsi razılaşdırılıb.

turaninsesi.az ”  xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb.

“Cümə günü son danışıqları başa çatdırdıq. Tezliklə sənəd imzalanacaq”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, saziş üzrə tədarük 2029-cu ildə başlayacaq və 15 il müddətinə davam edəcək.

Müqavilə üzrə Abşeron yatağından ildə 2,25 milyard kubmetr təbii qaz boru xətti vasitəsilə Türkiyəyə tədarük ediləcək.

Arzu Paşaqızı