Trampdan daha bir xoşagəlməz Qarabağ həmləsi

0

ABŞ prezidentliyinə namizəd Donald Tramp Böyük Kilikiya Evinin katolikosu I Arama zəng edib.

turaninsesi.az” xəbər verir ki, katolikosluqdan yayılan məlumatda Trampın Qarabağ ermənilərinə dəstək və regionda sülhün bərpasına səy göstərilməsinə dəstək ifadə etdiyi bildirilib. Telefon danışığı zamanı Trampın ABŞ-dakı erməni icmasını da salamladığı vurğulanıb.

I Aram isə Trampa Qarabağ erməniləri ilə bağlı mövqeyinə görə təşəkkür edib.

Qeyd edək ki, Tramp bundan öncə prezident seçiləcəyi təqdirdə Azərbaycanla Ermənistan arasında sülhü bərpa edəcəyini bildirib. O, həmçinin guya təqib edilən xristianları müdafiə edəcəyini deyib.

Trampın rəqibi Harris də Qarabağ erməniləri və iki ölkə arasındakı sülhlə bağlı bənzər açıqlama verib.

ABŞ-da ermənilərin ən böyük diaspor təşkilatı olan Amerika Erməniləri Milli Konqresi isə seçkidən öncə məlumat yayaraq, ermənilərin namizədlərdən heç birini dəstəkləməyəcəyini bəyan edib.

Xatırladaq ki, I Aram diaspordakı ermənilər arasında ən nüfuzlu din xadimidir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir