TDT XİN başçılarının müavinləri İstanbulda siyasi məsləhətləşmələr keçiriblər

0

Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin müavinləri Türkiyənin İstanbul şəhərində toplantı keçiriblər.

Turanın səsi ”  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, iclasda üzv ölkələrlə yanaşı, müşahidəçilər – Şimali Kipr, Macarıstan və Türkmənistan da iştirak edib.

Toplantıda TDT-nin Qazaxıstanda keçiriləcək X Zirvə Görüşü, əməkdaşlıq məsələləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Azərbaycanı iclasda nazir müavini Samir Şərifov təmsil edib.

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir