TDT-nin Baş katibi: “Qardaş türk xalqları arasında münasibətlər böyük strateji əhəmiyyətə və potensiala malikdir”
“Qardaş türk xalqları arasında münasibətlər böyük strateji əhəmiyyətə və potensiala malikdir”.
“Turanın səsi ” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev sentyabrın 7-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
O, Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin əhəmiyyətinə toxunub.
K.Ömüraliyev Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatının fəaliyyətinə verdiyi dəstəyi xüsusi qeyd edərək bildirib: “Sizə Türk Dövlətləri Təşkilatının fəaliyyətinə verdiyiniz ardıcıl dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm. Bütün dünyada sürətli dəyişikliklər, həmçinin mühüm hadisələr, qlobal və regional səviyyələrdə çağırışlar türk coğrafiyasında inteqrasiya üzrə əməkdaşlığı daha əhəmiyyətli, xalqlarımızı isə daha yaxın edir. Qardaş türk xalqları arasında münasibətlər böyük strateji əhəmiyyətə və potensiala malikdir. Bu il fevralın 6-da qardaş Türkiyənin ərazisində baş vermiş dağıdıcı zəlzələlər zamanı biz şahidi olduq ki, təkcə dövlətlər deyil, həm də xalqlarımız ayağa qalxdı və qardaş Türkiyəyə görünməmiş həmrəylik nümayiş etdirdi və yardım göstərdi”.
Baş katib təbii fəlakət və fövqəladə hallarla mübarizədə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səyləri birləşdirməsinin vacibliyinə toxunub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI