TBMM sədri: “Dünyanın yeni təhlükəsizlik sisteminə ehtiyac olduğunu Qərb də etiraf edir”
“Dünyada yeni təhlükəsizlik sisteminə ehtiyac var”.
“Turanın səsi ” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Karadeniz Texniki Universitetinin yeni tədris ilinin açılışında çıxışı zamanı deyib.
O bildirib ki, artıq Qərb də bunu etiraf edir: “Halbuki hələ illər əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan “dünya beşdən böyükdür” deyəndə bizi qəbul etmək istəmirdilər”.
N.Kurtulmuş həmçinin söyləyib ki, BMT Təhlükəsizlik Şurası artıq funksiyalarını icra edə bilmir.
Parlament sədri vurğulayıb ki, Türkiyənin güclənməsini istəməyənlər var. O bildirib ki, terrorçuları Türkiyə üçün problemlə çevirənlərin məqsədi də budur: “Amma artıq bizim üçün ən ali iradə millətin iradəsidir. Biz buna nail olmağı bacarmışıq”.