Sülh həm Bakı, həm də İrəvan üçün faydalıdır – Mirzoyan
Qarşılıqlı fayda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin uzunmüddətli icrasını təmin etməlidir.
“turaninsesi.az ” xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, sazişlərin icrası ən vacib məsələlərdən biridir:
“Sülh müqaviləsinin mətni, Vaşinqton Bəyannaməsi və digər imzalanmış və ratifikasiya edilmiş sənədlər dərc edilməzdən əvvəl onların ətrafında sui-qəsd nəzəriyyələri və manipulyasiyalar qurulurdu”.
Nazir vurğulayıb ki, bu, çox vaxt qəsdən daxili siyasi məqsədlər üçün istifadə olunub və ya sülh prosesinə mane olmağa yönəlmiş xarici mərkəzlərdən idarə olunub.
“Aydın təminat var və bu təminat Ermənistan, Azərbaycan və regionun digər ölkələri üçün faydalıdır. Sülh həm Ermənistanın, həm də Azərbaycanın suverenliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verir və üçüncü dövlətlərin münaqişədən təsir alətləriı kimi istifadə etməsinə imkan vermir”.