SON DƏQİQƏ – Ermənistan ordusu Azərbaycanla sərhəddən çıxarıldı 

0

Mayın 24-dən etibarən Ermənistan sərhədçiləri Tavuş bölgəsindəki sərhəd bölməsinin mühafizəsini rəsmən nəzarətə götürüb. 

Turanın səsi ” xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. 

Əvvəl sözügedən ərazidə Ermənistan Müdafiə Nazirliyinin hərbçiləri yerləşdirilmişdi.

“Eyni məntiqlə, mayın 24-dən etibarən Azərbaycan sərhədinin əks hissələrinin mühafizəsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən həyata keçiriləcək”, – açıqlamada deyilir.

Xatırladaq ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə olunub.

Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Razılaşdırılıb ki, Tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir