Slovakiya Prezidenti Azərbaycana səfərə gəlib
Slovakiya Prezidenti Peter Pelleqrini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycana səfərə gəlib.
“turaninsesi.az” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.