Serbiya Milli Assambleyasının sədri: “Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dostluq əlaqələrimiz mövcuddur”

0

“Serbiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa əsaslanan dostluq əlaqələri mövcuddur”.

Turanın səsi ” in xəbərinə görə, bunu Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Görüşdə Azərbaycan ilə Serbiyanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində haqlı mövqelərini dəstəklədikləri qeyd edilib.

Bundan əlavə, münasibətlərin strateji tərəfdaşlıq prinsiplərinə, qarşılıqlı anlaşma və qarşılıqlı hörmətə əsaslandığı vurğulanıb, parlamentlərarası əlaqələrin və parlamentlərarası beynəlxalq təşkilatlarda əməkdaşlın vacibliyi vurğulanıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir