Şarl Mişel Paşinyan və Əliyevlə ayrı-ayrılıqda görüşlər keçirdi

0

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Ermənistan və Azərbaycan liderləri ilə ayrı-ayrılıqda görüşlər keçirib.

turaninsesi.az xəbər verir ki,bu barədə “Azatutyun” diplomatik mənbələrə istinadla məlumat yayıb.

Danışıqlara yaxın olan diplomatlardan biri deyib: “Bunlar ayrı, lakin yaxşı görüşlər idi”.

Nikol Paşinyan və İlham Əliyev Londonda Avropa Siyasi Birliyinin IV Sammitində iştirak edirlər.

Bundan əvvəl İrəvan və Bakı bir-birini liderlər səviyyəsində Ermənistan-Azərbaycan görüşünü pozmaqda ittiham edib.

Bundan əvvəlki görüş Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə ötən ilin yayında Brüsseldə baş tutub.

Ş. Mişel Ermənistan və Azərbaycan liderləri arasında aparılan danışıqları səmimi və mənalı kimi qiymətləndirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir