Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə sıx əlaqəni davam etdirir – BƏYANAT
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Aİ-nin Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini inkişaf etdirmək üçün Azərbaycan və Ermənistan liderləri ilə sıx əlaqə saxlamağa davam edir.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Ermənistan və Azərbaycan üzrə bəyanatında bildirilir.
Qeyd edilir ki, liderlər 2023-cü il mayın 14-də Brüsseldə yenidən üçtərəfli görüşü razılaşdırıblar.
Onların müzakirələri həmçinin 1 iyun 2023-cü ildə Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts ilə görüşlə də əhatə olunacaq.
Liderlər həmçinin Brüsseldə üçtərəfli görüşləri zəruri olduğu qədər tez-tez davam etdirməyi razılaşıblar.
Prezident Mişel 2023-cü ilin oktyabrında Avropa Siyasi Birliyinin Qranadada keçiriləcək növbəti sammit çərçivəsində Azərbaycan, Ermənistan, Fransa və Almaniya liderlərini ikinci dəfə görüşməyə dəvət etmək niyyətində olduğunu ifadə edib.