Sabiq XİN başçısı Çavuşoğlu: “Can Azərbaycanın haqlarını müdafiə etmək üçün birlikdə çalışdıq”

0

Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın XİN başçısı Ceyhun Bayramovun tvitinə münasibət bildirib.

Turanın səsi  xəbər verir ki, türkiyəli diplomat C.Bayramova təşəkkürünü bildirib:

“Əziz qardaşım, Türkiyə və Can Azərbaycanın haqlarını müdafiə etmək üçün birlikdə çalışdıq, çox təşəkkür edirəm. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb . Türkiyənin xarici işlər naziri vəzifəsinə Milli Kəşfiyyat Təşkilatının sabiq rəisi Hakan Fidan  təyin olunub

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir