Sabah Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü keçiriləcək
Bazar ertəsi, oktyabrın 2-də Kiyevdə Avropa İttifaqı Şurasının xarici işlər nazirləri səviyyəsində qeyri-rəsmi iclası keçiriləcək.
“Turanın səsi ” xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel bəyan edib.
“Sabahdan konkret qərarlar gözləməyin, sabah Aİ Şurasının qeyri-rəsmi iclası olacaq, qeyri-rəsmi görüşlər isə konkret qərarların qəbuluna deyil, siyasi müzakirələrə yönəlib”, – deyə o qeyd edib.