Səfir kosmik stansiyaya göndəriləcək Azərbaycan əsilli mühəndislə görüşüb
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyənin, Beynəlxalq Kosmik Stansiyasına göndərmək üçün əvəzləyici mühəndisi ilə görüşüb.
“turanın səsi ” xəbər verir ki, bu barədə diplomat tviterdə yazıb.
“Bu gün Ankaraya qayıtmaq üçün gəldiyim İstanbul hava limanında Prezident Rəcəb Tayyib Ərdoğanın elan etdiyi ilk kosmik yolçularından Tuva Cahangir Atasevərlə qarşılaşdıq. Özü Azərbaycan əsillidir və sistem mühəndisidir. Hər sahədə uğurlu gənclərimizlə qürur duyuruq”, – o qeyd edib.