Səfir: 3+3 formatında görüşün dəqiq tarixi müəyyən edilib
Xarici işlər nazirlərinin Türkiyədə keçirilməsi nəzərdə tutulan 3+3 formatında görüşünün dəqiq tarixi müəyyən edilib.
“turaninsesi.az” “Armenpress”ə istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani bildirib.
Səfir vurğulayıb: “Tədbirin dəqiq tarixi var və o, diplomatik kanallarla elan ediləcək”.
Xatırladaq ki, 3+3 formatına Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Rusiya və Ermənistan daxildir. XİN başçılarının ilk görüşü 2021-ci ilin dekabrında Moskvada, ikinci toplantı isə 2023-cü ilin oktyabrında Tehranda baş tutub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI