Rusiyanın Azərbaycan ərazisindəki sülhməramlı kontingentinin komandanı dəyişib
Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin komandanı dəyişib.
Bu barədə “Turanın səsi” Rusiya Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.
Məlumata görə, bu vəzifə general-mayor Kulakov Kiril Denisoviçə həvalə edilib.
Kulakov 20 iyul 1969-cu ildə anadan olub. 2017-ci ilin mart ayından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin rəisi olub.
Onun sələfi, general-polkovnik Aleksandr Lentsov cari il aprelin 25-də təyin edilmişdi. O, bu vəzifədə Andrey Volkovu əvəzləmişdi.