Rusiya XİN: “Müntəzəm təmaslar İrəvanla Bakı arasında yekun sülh razılaşmalarının əldə olunmasına imkan verəcək”
“Moskva ümid edir ki, müntəzəm təmaslar İrəvanla Bakı arasında yekun sülh razılaşmalarının əldə olunmasına imkan verəcək”.
“Turanın səsi ” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında Moskvada keçirilmiş görüş bir sıra məsələlərdə mövqelərin yaxşılaşmasına şərait yaradıb.
M.Qaluzin qeyd edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatlara uyğun olaraq həyata keçirilir.