Rusiya sərhədçiləri Zəngəzurdakı postları sökür
Rusiya sərhədçiləri Ermənistanın Zəngəzur (Sünik) rayonundakı postlarını sökməyə başlayıblar.
“Turanın səsi ” xəbər verir ki , bu barədə “Sputnik Ermənistan”-a istinadən xəbər verir.
Onlar Gorus və Qafanın Çakaten arasındakı ərazidə mobil yerləşdirmə məntəqələrini bağlamağa başlayıblar.
Rusiya sərhədçiləriu 44 günlük müharibədən sonra – 2020-ci ilin dekabrında bu ərazidə məskunlaşıblar.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan parlamentinin hakim fraksiyasının rəhbəri Hayk Konjoryan Rusiya hərbçilərinin və sərhədçilərinin Qeqarkunik, Sünik, Tavuş, Ararat və Vayots Dzor bölgələrindən çıxarılacağını elan edib.
Öz növbəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, mayın 8-də Moskvada iki ölkə liderlərinin görüşündə Rusiya hərbçilərinin və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması razılaşdırılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI