Rusiya prezidenti: Mən hətta dünən faciəyə dair əlavə məlumat öyrənmək istədim

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı yalnız Çərşənbə günü öyrəndiyim məlumatı sizə çatdıdım.

turaninsesi.az” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

O, Azərbaycan lideri Əliyevlə görüşdən əvvəl Moskvaya zəng edərək əlavə təfərrüatları öyrənmək istəyib.

“Ümumiyyətlə, görüşümüzdən 1 gün əvvəl, dünən və srağagün mənə verilən məlumatı sizə əsasən izah etdim”, – o, Əliyevlə Düşənbədə görüşdə deyib.

“Açığını deyim ki, mən hətta dünən axşam Moskvaya zəng vurub əlavə təfərrüatların olub-olmadığını soruşdum. Mən sizə praktiki olaraq bildiyim hər şeyi söylədim”, – Putin əlavə edib.

Onun sözlərinə görə, 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL təyyarəsinin pilotuna Mahaçqalaya eniş imkanı təklif olunub, lakin onlar öz hava limanına, oradan isə Qazaxıstana getmək qərarına gəliblər:

“Ona (təyyarə pilotuna – red.) Mahaçqalaya eniş etməyi təklif ediblər və bu, qara qutularda aydın şəkildə eşidilir, lakin o, öz doğma hava limanına, oradan da Qazaxıstana qayıtmaq qərarına gəlib”.

Arzu Paşaqızı