Rus nazir Bakıya uçdu – Putinin şəxsi məktubunu çatdıracaq

Rusiya Federasiyasının hökumət təyyarəsi Vnukovodan havaya qalxıb və Bakıda eniş etməyə hazırlaşır.
“”turaninsesi.az” xəbər verir ki, bu barədə Rusiya xüsusi xidmət orqanlarına yaxın “VÇK-OQPU” Teleqram kanalı bildirib.
“Bu gün Moskvanın Vnukovo hava limanından havaya qalxan Rusiyanın Xüsusi Uçuş Dəstəsinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyə hazırlaşır”, – xəbərdə deyilir.
Qeyd olunur ki, hökumət təyyarısində gələn şəxs Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkovdur. Məlumatlara görə, o, Azərbaycan tərəfi ilə ikitərəfli münasibətlərin normallaşması ilə bağlı qeyri-rəsmi danışıqlar aparacaq.
Kurenkovun Putinin şəxsi məktubunu Əliyevə çatdıracağı da deyilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI