Rəsmi Kiyev: “Ukrayna və Azərbaycanın ərazi bütövlüyünə dəstək prioritetimizdir”
Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.
“turanın səsi ” xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin tviter səhifəsində paylaşım edilib.
“Azərbaycanı və bu ölkənin Xarici İşlər Nazirliyini Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik! Ukrayna və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi üçün qarşılıqlı dəstək həmişə bizim prioritetimiz olacaqdır. Dost Azərbaycan xalqına sülh və firavanlıq arzulayırıq!”, – yazıda qeyd olunub.