Rəsmi Bakı Rusiya və Qazaxıstanın təklifini rədd etdi

Qəzadan sonra Rusiya və Qazaxıstan hadisənin MDB-nin Dövlətlərarası Aviasiya Komitəsində (Dövlətlərarası Aviasiya Komitəsi 1991-ci ilin dekabrında 12 yeni müstəqil dövlət arasında Mülki aviasiya və hava məkanından istifadə haqqında dövlətlərarası saziş əsasında yaradılıb) araşdırılmasını təklif edilib.

turaninsesi.az” xəbər verir ki, Azərbaycan bu təklifdən imtina edib.

Rəsmi Bakı hadisəni beynəlxalq ekspertlər və “Embraer” mütəxəssislərindən ibarət qrupun araşdırılmasını tələb edir.

Azərbaycan hesab edir ki, “qara qutu”ların oxunması da bu qrup tərəfindən təmin olunmalıdır.

Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.