Quterreş COP29-da iştirak üçün Bakının dəvətini qəbul etdi
BMT-nin Baş katibi Antonio Quterreş COP29-da iştirak üçün Azərbaycan hökümətinin dəvətini qəbul edib və o, Azərbaycana səfərə hazırlaşır.
BMT sözçüsünün müavini əlavə edib ki, dünya təşkilatının Baş katibi Azərbaycanın sədirliyi ilə cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə baş tutacaq COP29 çərçivəsində Bakıya səfər edəcək və tədbirin açılışında iştirak edəcək:
“Baş katib COP29 çərçivəsində ən yüksək səviyyəli tədbirlər və müzakirələrə qatıldıqdan sonra digər səfərə yollanmağı nəzərdə tutulub. Quterreş COP29-un bağlanış mərasimində iştirak etmək üçün yenidən Bakıya dönəcək”, – sözçü müavini bildirib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI