Qırğızıstan Prezidenti Azərbaycan liderinə zəng edib
Dekabrın 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
“Turanın səsi ” xəbər verir ki, Sadır Japarov Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ölkəmizin inkişafı naminə fəaliyyətində ona uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Qırğızıstan Prezidentinə təşəkkürünü bildirib.
Telefon söhbəti zamanı 2022-ci ildə dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edilib, bu il Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfərinin, Azərbaycan Prezidentinin isə Qırğızıstana dövlət səfərinin əlaqələrimizin genişlənməsinə verdiyi töhfə vurğulanıb. Prezident İlham Əliyev dövlət səfəri zamanı nümayiş etdirilən yüksək qonaqpərvərliyə və səmimi dostluq münasibətinə görə Sadır Japarova bir daha minnətdarlığını bildirib.
Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09