Qarabağ erməniləri Ağdam yoluna razı oldu

0

Dağlıq Qarabağdakı separatçı rejim humanitar yardımların çatdırılması üçün Ağdam yolundan istifadəyə razı olub.


Azadlıq Radiosunun erməni xidməti xəbər verir ki, eyni zamanda qəbul edilən qərara görə, Laçın dəhlizi ilə Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə humanitar yüklərin daşınması bərpa ediləcək.

Separatçılar bunu belə izah ediblər ki, məqsədləri ‘total blokada şəraitində kəskin humanitar böhranı yüngülləşdirmək olub’.

Turanın səsi ” xəbərinə görə Rusiya elan edib ki, Ağdm yolu ilə Qarabağa humanitar yardım göndərir.

Azərbaycan tərəfi hələ ki bu haqda açıqlama verməyib.

Bundan öncə bildirilmişdi ki, Azərbaycanın göndərdiyi 40 ton undan ibarət humanitar yardım Ağdamda dayanıb. Separatçılar onu qəbul etməkdən imtina ediblər.

Ermənistanın və Fransanın göndərdiyi humanitar yardımı isə Azərbaycan Laçın dəhlizindən buraxmırdı. Bildirirdi ki, onun icazə olmadan Qarabağa heç kəs özbaşına yardım göndərər bilməz.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir