“Qarabağ dərs olmadı, bu dəfə…” – Paşinyanın mesajına sərt reaksiya
Ermənistan Baş naziri Nikol Paşinyan KTMT üzərindən Rusiya ilə oyun oynamağa çalışır.
“turaninsesi.az” xəbər verir ki, bu barədə rusiyalı politoloq Stanislav Tarasov deyib.
“Bizimlə oyun oynayır, əgər doğrudan da KTMT ilə əməkdaşlığın bitdiyini düşünürsə, ərizə yazıb getsin. Onu kim tutub saxlayır? Paşinyan proseduru bilir, söhbət həm də dövlətlərarası münasibətlərdən gedir. Səbəblər, narazılıq və motivasiya varsa, zəhmət çəkib ərizə yazsın, sonra çıxıb getsin. Əgər bunu etmirsənsə, deməli, kiminsə qulağından əriştə asmağa çalışırsan”, – ekspert belə qeyd edib.
Tarasovun fikrincə, Rusiya ilə “dalaşdığını” göstərməyə çalışan Paşinyan bunun qarşılığında Qərbdən nəsə almaq istəyir:
“Moskva prosedura uyğun hərəkət edir, açıq şəkildə bildirir ki, özünüz qərar verin, sonra deməyin ki, Rusiya bizi qovdu.
İşləmək istəmirsiniz, gedin, amma biz belə qərar qəbul etsək, Paşinyan deyəcək ki, ruslar bizi qovdular.
Analitikin iddiasına görə, Rusiya Ermənistanın bu oyununa uzun müddət dözmək fikrində deyil:
“Moskva ermənilərin bu davranışlarına nə qədər dözə bilər? Paşinyan növbəti tarix dərsi alana qədər. Qarabağı itirdiniz (Azərbaycan öz ərazisini azad edib, bu, Ermənistan üçün torpaq itkisi deyil – red.), bu, ona heç nə öyrətmədi, indi Ermənistanı itirmək istəyir.
İndi Paşinyan Ermənistanı Qərbə təslim edir. Düşünür ki, Qərb Ermənistana təhlükəsizlik zəmanəti verəcək, amma Qərb bunu etmir, etməyəcək”.
Qeyd edək ki, Tarasov bu fikirləri Ermənistanın “Hraparak” qəzetinə açıqlamasında səsləndirib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI